Əmək Bacarıqları və İncəsənət Bir Arada – Tovuzda Sosial Sərgi

Bu gün Tovuz rayonunda “Əl Əməyi Bayramı” festivalı keçirildi. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Məşğulluq Agentliyinin birgə təşəbbüsü ilə təşkil edilmiş bu tədbir bölgə sakinlərinin böyük marağına səbəb oldu.

Festivalda fiziki məhdudiyyətli şəxslər, aztəminatlı ailə üzvləri, işsiz və sosial dəstəyə ehtiyac duyan vətəndaşlar tərəfindən hazırlanmış əl işləri nümayiş olunub. Məşğulluq Agentliyi tərəfindən əmək bazarına yönəldilən və sosial proqramlarla dəstəklənən şəxslərin hazırladığı məhsullar ziyarətçilərin böyük marağına səbəb olub.

Festival çərçivəsində:

– toxuculuq, tikiş, ağac oyma və digər sənət nümunələri təqdim edilib,

– iştirakçılarla yerli təşkilatlar arasında ünsiyyət qurulub,

– sosial sahibkarlıq imkanları barədə məlumat verilib.

Tədbirin əsas məqsədi sosial cəhətdən həssas əhali qruplarının cəmiyyətə inteqrasiyasını, onların yaradıcılıq və əmək bacarıqlarını tanıtmaq, həmçinin gəlir əldə etmələri üçün şərait yaratmaq olub.

Tovuz sakinləri festivala böyük maraq göstərib, sərgilənən məhsulları izləyib, bir çoxunu yerindəcə alıblar. Bu cür təşəbbüslər həm sosial maarifləndirmə, həm də cəmiyyətin həmrəyliyi baxımından böyük əhəmiyyət daşıyır.