İsrail Qəzzanın neçə faizinə nəzarət edir? – Rəsmən açıqlandı

Qəzza şəhərinin 40 faizi İsrailin nəzarəti altındadır.

Bunu İsrail ordusunun sözçüsü Efi Defrin mətbuat konfransındakı açıqlamasında deyib.

O, əməliyyatların hələ intensiv şəkildə davam edəcəyini qeyd edib:

“HƏMAS-a qarşı hücumlarımız davam edir və Qəzza şəhərinin 40 faizini nəzarətə götürdük. Əməliyyat yalnız İsrailin qalan əsirlərinin geri qaytarılması ilə sona çatacaq”.