Trampın adamları bu tarixdə İrəvana gəlir: Zəngəzur dəhlizi açılır

ABŞ nümayəndələri “Tramp marşrutu”nu müzakirə etmək üçün gələn həftə Ermənistana gələcəklər.

Bu barədə “Joqovurd” qəzeti yazıb.

Nəşrin məlumatına görə, siyasi nüanslar, investisiya həcmi, texniki detallar, o cümlədən işlərin başlama tarixi müzakirə olunacaq.

Qəzetin yazdığına görə, səfərin məqsədi razılaşmaların praktiki həyata keçirilməsi üçün addımların ardıcıllığına aydınlıq gətirməkdir.

Qəzet qeyd edir ki, hakimiyyət hələ də konkret detallar və gündəmlə bağlı susur.