Polisin hazırlığına xüsusi diqqət göstərilir – BŞBPİ

0
409


İctimai asayişin, təhlükəsiz həyatın, qanunçuluğun təminatı, sabitliyin qorunub saxlanılması, cinayətkarlıq hallarının qarşısının alınmasında polis əməkdaşlarının hüquqi, fiziki və mənəvi hazırlığına xüsusi diqqət göstərilir.
Bu barədə açıqlama verən Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, polis işçilərinin biliklərini artırılması üçün müntəzəm olaraq, metodiki-təlim seminar dərsləri keçirilir:
“Cəmiyyət tərəfindən polislərin davranışında qəbul olunan və olunmayan dəyərlər, qanunvericiliyin tələbləri izah olunur”.