Azərbaycanda bu tanınmışlara 4000 manat veriləcək – ADLA

Kino Agentliyində fəaliyyət göstərən Seçim Komissiyasının üzvlərinə pul veriləcək.

Belə ki, sözügedən məvacib komissiya üzvlərinə Agentliyə təqdim olunmuş sənədlərin təhlili və yoxlanılması, ssenarilərin bədii qiymətləndirilməsi, iqtisadi göstəricilərin dəyərləndirilməsinə görə veriləcək.

Məlumata görə, aşağıdakı kinoşünasların hər birinə 4000 manat məbləğində məvacib ödəniləcək:

1) Mərdan Orxan Şiruyyə oglu
2) Bedelov Nadir Xadmətulla oğlu
3) Qasımov İlham Zakir oğlu
4) Şeyxov Yusuf Mansur oğlu
5) Zəki Mehriban Mürvət qızı
6) Paşayev İlqar Əli Abbas oğlu
7) Orucov Yunis Qurbanəli oğlu
8) Namazov Eldar Saqif oğlu.