Naxçıvan Muxtar Respublikası barədə fəaliyyət göstərən eyniadlı elektron layihə ən çox izlənilən resurslar arasında ilk yerlərdədir

0
713

2019-cu ilin avqust ayında Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının preslib.az internet saytında Naxçıvan Muxtar Respublikası barədə fəaliyyət göstərən eyniadlı elektron layihə ən çox izlənilən resurslar arasında ilk yerlərdədir.
Bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətinin məlumatında qeyd olunub.
Məlumatda bildirilir ki, bu günə qədər saytda Naxçıvan Muxtar Respublikası ilə bağlı bölməyə 52 mindən çox baxış olub. Azərbaycandan sonra müraciətlərin ən çox daxil olduğu ölkələr Fransa, Amerika Birləşmiş Ştatları, Türkiyə, İran, Almaniya, İraq və İtaliyadır.
Qeyd edək ki, preslib.az saytında Naxçıvan Muxtar Respublikası barədə elektron layihə 2009-cu ildə yaradılıb. İnternet istifadəçiləri saytdakı Azərbaycan və ingilis dillərində fəaliyyət göstərən nakhchivan.preslib.az bölməsini seçməklə Naxçıvan Muxtar Respublikasının ərazisi, tarixi, idarəetmə quruluşu, görkəmli şəxsiyyətləri, muxtar respublika ilə bağlı rəsmi sənədlər, iqtisadiyyat, elm, təhsil, səhiyyə və mədəniyyətin inkişafı ilə bağlı məlumatlar, elektron kitablar və məqalələr toplusu ilə ətraflı tanış olmaq imkanına malikdirlər.