Ermənistan və İran Araz çayı üzərində ikinci körpünün tikintisinə dair razılığa gəliblər.
Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyanın İran prezidenti Məsud Pezeşkianla danışıqlardan sonra verdiyi bəyanatda bildirib.
“Ölkələrimiz arasında ticarət dövriyyəsinin gündən-günə artdığını nəzərə alaraq, biz Ermənistan-İran sərhədində ikinci körpünün açılması ilə bağlı razılığa gəldik”, – Paşinyan bildirib.
Onun sözlərinə görə, İran və Aİİ arasında azad ticarət zonası sazişi hər iki ölkədə biznes üçün yeni perspektivlər açır.




