Türkiyədə avtobus aşdı: Ölən və yaralananlar var

İstanbulda magistral yollardan birində sərnişin avtobusu aşıb.

Bu barədə yerli mətbuat yazıb.

Avtobusda 35 sərnişinin olduğu qeyd edilir. Onlardan 3-ü ölüb, 20-si yaralanıb.

Qəza ilə bağlı araşdırma aparılır.

İlkin versiyaya görə, sürücü idarəetməni itirib.