Kipr Prezidenti Nikos Xristodulidis İsrail və İran arasında gərginliyin ölkəsinə də təsir edə biləcəyini bildirib.
Bu barədə “Independent Farsi” məlumat yayıb.
Britaniyanın “Gerisi siyasətdir” podkastında çıxış edən Xristodulidis deyib: “İran nüvə silahı əldə edərsə, Kipr də təhlükə altında olacaq. Biz İsraildən cəmi 30 dəqiqəlik məsafədəyik”.
Kipr lideri, habelə İsraili “Kiprin bölgədəki ən yaxın müttəfiqi” adlandırıb və Yaxın Şərqdə qeyri-sabitliyin artdığı bir vaxtda iki ölkə arasında əməkdaşlığın daha da möhkəmlənməsinin vacibliyini vurğulayıb.




