Estoniya Rusiya səfirliyinin əməkdaşını ölkədən çıxarıb.
Bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bundan əvvəl Rusiyanın Estoniyadakı səfiri Vladimir Lipayev Tallinnin Moskva ilə münasibətlərini qəsdən pisləşdirdiyini bildirmişdi. Lipayev iddia edib ki, Estoniya rus diplomatlarına psixoloji təzyiq göstərir və Rusiya diplomatik qurumlarının maliyyə fəaliyyətini əngəlləyir.




