Almaniyanın “Bild” qəzeti iddia edib ki, Ukraynadan Rusiyaya aparılan uşaqlar orada fəaliyyət göstərən internet saytında foto və məlumatları ilə birlikdə satışa çıxarılır.
Saytda 294 uşağın şəkli, yaşı, cinsi, sağlamlıq durumu və digər xüsusiyyətləri yer alır, istifadəçilər isə onları filtr üzrə axtara bilir.
İddialara görə, bu platforma rəsmi övladlığa götürmə prosedurlarına əsaslanmır və kommersiya məqsədilə fəaliyyət göstərir. “Save Ukraine” təşkilatı bildirib ki, müharibə başlayandan minlərlə uşaq Rusiyaya aparılıb.
Məsələ BMT-nin Uşaq Hüquqları Konvensiyası və Cenevrə Konvensiyasının müddəalarını pozur. Rusiya hələlik açıqlama verməyib, Ukrayna və beynəlxalq insan haqları təşkilatları isə müstəqil araşdırma aparılmasını tələb edir.




