Məşhur idman xadimi  Hicran Şərifovun doğum günüdür

Bu gün “Şöhrət” ordeni, “Tərəqqi” medalı və “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunmuş, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi, əməkdar məşqçi, beynəlxalq dərəcəli, Olimpiya kateqoriyalı hakim, London Yay Olimpiya Oyunlarının “Qızıl Fit” mükafatçısı Şərifov Hicran İbrahim oğlunun doğum günüdür.

Uğurlu karyerası ilə örnək olan Hicran Şərifov  müsahibələrinin birində deyir:

– “Zəhməti sevirəm, mən öz əziyyətimlə bu günə gəlib çıxmışam. Müəllimlik sevdiyim peşədir, öyrətməyi sevirəm,  polis olduğum üçün həmişə fəxr etmişəm, neçə-neçə sözünü demiş idmançılara ta uşaq yaşlarından hakim, müəllim, məşqçi olmuşam.Bütün işlərimlə Vətənə, dövlətə qulluq edirəm və bundan da qürur duyuram.”

Hicran Şərifov sosial şəbəkə hesabında Azərbaycan Respublikasının Gənclər və İdman Naziri cənab Fərid Qayıbovun 60 illik yubileyi  münasibətilə ona ünvanladığı təbrik məktubunu paylaşaraq, göstərilən  diqqəti  yalnız şəxsinə deyil, eyni zamanda Azərbaycan güləşinə, idmana və pedaqoji sahəyə verilən qiymət kimi  dəyərləndirib.

İctimaixeber.az olaraq dəyərli idman xadimi Hicran Şərifovu ən gözəl arzularla təbrik edir, davamlı uğurlar arzu edirik.