Rusiyanın paradı ləğv etməsinin səbəbi bilindi

Rusiya Hərbi Dəniz Qüvvələrinin Sankt-Peterburqdakı əsas paradı təhlükəsizliklə əlaqədar olaraq ləğv edilib.

Bu barədə Kremlin sözçüsü Dmitri Peskov açıqlama verib.

O qeyd edib ki, təhlükəsizlik məsələləri birinci yerdədir.

Qeyd edək ki, 27 iyul Rusiyada Hərbi Dəniz Qüvvələri Günüdür.