Bu ölkə vətəndaşlarına “Rusiyaya getməyin” dedi: Səbəbləri də açıqladı

Polşa Xarici İşlər Nazirliyi respublika vətəndaşlarına Rusiyaya səfər etməməyi tövsiyə edib.

Nazirlik səbəb kimi Rusiyanın dost olmayan ölkələr siyahısında olmasını və konsulluq işçilərinin ixtisarını göstərib.

“Xarici İşlər Nazirliyi Ukraynadakı müharibə və Polşanın Rusiya Federasiyasının hakimiyyət orqanları tərəfindən dost olmayan dövlət kimi tanınması ilə əlaqədar Rusiyaya səfər etməyi tövsiyə etmir. Rusiyadakı Polşa konsulluq işçilərinin sayının azalması ilə əlaqədar olaraq, Polşa Respublikasının Xarici İşlər Nazirliyi vətəndaşlarına yardım göstərmək imkanı məhduddur”, – Polşa Xarici İşlər Nazirliyi “X”də yazıb.