Müstəntiqlər “Ermənistan Elektrik Enerjisi” şirkətinin qərargahında axtarışa başlayıblar.
Bu barədə “Hraparak” məlumat yayıb. Bildirilir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları səhər tezdən ENA-nın qərargahına gəliblər və orada müəyyən əməliyyatlar aparırlar.
Şirkətin işçilərinin içəri girməsinə icazə vermirlər.
Bundan əlavə, “Ermənistan Elektrik Şəbəkəsi”nin direktorlar şurasının sədri Narek Karapetyanın evində də axtarış aparılır.
Qeyd edək ki, Narek Karapetyan Samvel Karapetyanın qardaşı oğludur.




