Qazaxıstan vəd verdi: ABŞ cavab alacaq

Qazaxıstandan Trampın 25 faizlik tariflərinə cavab gözlənilir.

Belə bir vədlə ölkənin Ticarət və İnteqrasiya Nazirliyi çıxış edib.

“ABŞ-ın Qazaxıstandan gələn mallara 25% rüsum tətbiq etməsi ilə əlaqədar Qazaxıstanın Ticarət və İnteqrasiya Nazirliyi rəsmi cavab hazırlayır”, – məlumatda deyilir.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevə məktub göndərərək, Vaşinqtonun 2025-ci il avqustun 1-dən Qazaxıstandan gələn mallara 25% rüsum tətbiq edəcəyini bildirib.