Ukrayna ordusu Rusiyanın Krasnozavodsk Kimya Zavoduna hava hücumu edib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
“Müəssisə pirotexniki vasitələr və döyüş sursatları, xüsusən də “Şahed” tipli PUA-lar üçün termobarik döyüş başlıqları istehsal edir”, – deyə məlumatda bildirilib.
Qeyd edək ki, Moskva vilayətində yerləşən Krasnozavodsk Kimya Zavodu ikili təyinatlı komponentlərin, o cümlədən döyüş sursatı və sənaye partlayıcıları üçün elementlərin istehsalında ixtisaslaşıb. Müəssisə Rusiya müdafiə sənayesi üçün strateji əhəmiyyətə malikdir və Rusiya Müdafiə Nazirliyinin ehtiyaclarının ödənilməsi ilə bağlı obyektlər siyahısına daxildir




