İyulun 8-də Babək rayonunun Cəhri qəsəbəsi, Gülşənabad, Payız, Gərməçataq, Aşağı Buzqov və Yuxarı Buzqov kəndlərinə qazın verilişində fasilə yaranacaq.
Fasiləyə səbəb 159 millimetrlik borunun korroziyaya uğramasıdır. Yeraltı xəttin yerüstü xətlə dəyişdirilməsi ilə əlaqədar həmin yaşayış məntəqələrinə sabah saat 08:00-dan qaz təchizatı müvəqqəti dayandırılacaq.
Təmir işləri başa çatdıqdan sonra qazın verilişi bərpa ediləcək.




