Rusiyada təhsil alan azərbaycanlı tələbələrin sayı açıqlandı – RƏSMİ

Ötən tədris ilində Rusiyada dövlət sifarişi ilə 198 azərbaycanlı təhsil alıb.

Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

“2024-2025-ci tədris ilinin əvvəlinə dövlət xətti ilə Rusiya Federasiyasında 198 Azərbaycan vətəndaşı təhsil alıb”, – məlumatda qeyd edilib.