Ermənistanda kütləvi həbslərin başladığı barədə məlumat vermişdik.
Artıq həbs olunanların şəxsiyyəti barədə məlumatlar yayılıb.
Onlardan biri polkovnik Miqran Maqsudyandır. Onun həbsini oğlu da təsdiqləyib..
“Bu gün səhər saatlarında hüquq-mühafizə orqanları ailəmizin İcevan və Voskepardakı evlərində axtarış aparıblar. Axtarış zamanı qanunsuz heç nə aşkar edilməyib. Lakin hakimiyyət atam Miqran Maqsudyanı saxlamaqla qanunsuzluğa əl atıb. Hazırda o, İstintaq Komitəsinə aparılır. Bu, təkcə qanunsuz deyil, həm də siyasi təqibin bariz təzahürüdür”, – Maqsudyanın oğlu sosial şəbəkədə yazıb.
İş adamı Tiqran Qalstyan da saxlanılıb. Bu barədə sosial şəbəkələrdə vəkil Ruben Melikyan məlumat verib.
Daha əvvəl “NEWS.am” xəbər vermişdi ki, bu gün səhər tezdən hüquq-mühafizə orqanları “Müqəddəs mübarizə” hərəkatının tərəfdarlarının evlərində axtarışlara başlayıb. Arxiyepiskop Baqrat Qalstanyanın evində də istintaq hərəkətləri aparılır.




