“Rusiya İrana nüvə silahı tədarük etmək niyyətində deyil, çünki İsraildən fərqli olaraq, biz Nüvə Silahının Yayılmaması haqqında Müqavilənin iştirakçısıyıq”.
Bunu Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev deyib.
O əlavə edib ki, belə bir addımın nəticələrini gözəl başa düşür, çünki prezident olarkən nüvə qüvvələrinə nəzarət edib.
Qeyd edək ki, Medvedev daha öncə bir sıra ölkələrin İrana nüvə başlıqları tədarük etməyə hazır olduğunu açıqlamışdı.




