Günəşdə güclü partlayış baş verib

0
67

İyunun 18-də Günəşdə ən yüksək X sinfindən olan güclü partlayış baş verib.

Bu barədə Günəş aktivliyinin Müşahidə Mərkəzindən məlumat verilib.

“Günəşdə X1.3 sinfindən olan partlayış qeydə alınıb və faktiki olaraq bu, son üç həftədə ilk belə güclü partlayışdır”, – deyə mərkəzdən bildirilib.

Rusiya Tətbiqi Geofizika İnstitutundan məlumatı təsdiqləyiblər və bildiriblər ki, partlayış Moskva vaxtı ilə saat 00:49-da (Bakı vaxtı ilə 01:49 – red.) baş verib, onun gücü X1.2, davamlılığı isə 16 dəqiqə olub.

Qeyd edək ki, Günəşdə partlayışlar rentgen şüalanmasının gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X. Minimum A0.0 sinfi Yerin orbitində 1 kv.m-ə 10 nVt şüalanma gücünə uyğundur. Növbəti hərfə keçərkən güc 10 dəfə artır. Partlayışlar adətən Günəş plazmasının emissiyaları ilə müşayiət olunur ki, onların buludları Yerə çataraq maqnit qasırğaları yarada bilər.