Həm kilsəyə və ruhanilərə qarşı çirkin hücumlar, Samvel Karapetyanla bağlı baş verənlər, həm də Nikol Paşinyanın törədəcəyi bütün fəlakətlər onun iyunun 20-də Türkiyəyə səfəri ilə şərtlənir.
Məlumata görə, belə bir iddia ilə erməni politoloq Narek Qalstyan öz Feysbuk səhifəsində çıxış edib.
“Həmin səfərdən sonra Ermənistanda dönməz proseslər başlayacaq. Ümumiyyətlə, bununla Nikol Paşinyan Ərdoğanın himayədarlığını rəsmən qəbul edəcək və rəsmi olaraq “kaymakam” (vali) elan ediləcək”, – o bildirib.