Ronaldo İspaniyanın bu klubunu alır

0
12

“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo tezliklə İspaniya ikinci divizionundan “Almeriya”nın ortaq sahibi ola bilər.

Bu barədə “Marca” məlumat yayıb.

Mənbənin məlumatına görə, portuqaliyalı futbolçu əvvəllər “Almeriya”nı satın alan Səudiyyə Ərəbistanının “SMC Group” investisiya şirkətinin rəhbəri Məhəmməd Əl-Khereiji ilə yaxşı münasibətdədir. 40 yaşlı hücumçu “SMC Group”un səhmlərini ala bilər və bununla da İspaniya klubunun sahiblərindən birinə çevrilə bilər. Əl-Khereijinin 2022-ci ilin dekabrında Ronaldonun “Əl-Nəsr”ə keçidinə təsir edən əsas fiqur olduğu vurğulanır.

Sequndanın 39 turundan sonra “Almeriya”nın 62 xalı var və altıncı yerdədir.