Trampın Qəzza planı ÜZƏ ÇIXDI: O, 1 milyon fələstinlini…

0
14

ABŞ prezidenti Donald Trampın administrasiyası bir milyon fələstinlinin Qəzza zolağından Liviyaya köçürülməsi planı hazırlayır. 

Bu barədə NBC öz mənbələrinə istinadən məlumat yayıb.

Qeyd edək ki, Vaşinqton fələstinliləri qəbul etməyə razılıq verəcəyi təqdirdə Liviyanın əvvəllər dondurulmuş aktivlərini açacağını vəd edib. Qərar hələ verilməyib, çünki onun icrasında problemlər yarana bilər. Xüsusilə də nə qədər qəzzalının könüllü olaraq Liviyaya gedəcəyi məlum deyil.

Xatırladaq ki, Tramp bundan əvvəl İsraili Yaxın Şərq danışıqlarından kənarlaşdırıb. Nəşrin fikrincə, buna səbəb İranın Qəzza zolağında hərbi əməliyyatları bərpa etmək planları olub.