Ukraynada avtobus PUA ilə vuruldu – Ölənlər və yaralananlar var

0
13

Rusiya ordusu Ukraynanın Sumı vilayətinə pilotsuz uçuş aparatları ilə hücum edib.

Bu barədə Sumı vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Qriqorov video müraciətində bildirib.

Hücum zamanı mülki şəxsləri daşıyan avtomobil atəşə məruz qalıb. 

Hadisə nəticəsində 9 nəfər həlak olub, 4 nəfər isə yaralanıb. Xilasetmə əməliyyatı davam edir.