“Starlink”in daha 26 internet peyki orbitə çıxarıldı

0
11

“Falcon 9” raket daşıyıcısı “Starlink” üçün 26 mini-peykdən ibarət partiyanı uğurla orbitə çıxarıb.

Bu barədə peyklərin istehsalçısı olan “SpaceX” şirkəti məlumat yayıb.

Məlumata görə, raket Bakı vaxtı ilə 17:43-də Kaliforniyadakı ABŞ Kosmik Qüvvələrinin Vandenberq Hərbi Hava Qüvvələri bazasında SLC-4E buraxılış meydançasından buraxılıb.

Qeyd edək ki, “SpaceX” şirkəti 2019-cu ilin may ayından etibarən “Starlink” layihəsi çərçivəsində 8,5 mindən çox peyk buraxıb.