Rusiya qoşunları Ukrayna ordusunun hədəflərinə zərbələr endirib.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, Kramatorskda bir neçə hədəf məhv edilib.
Məlumata görə, Rusiyanın “Geran-2” hücum pilotsuz təyyarələri sursat anbarını məhv edib. Ukraynaya məxsus təmir sexi də Rusiya pilotsuz təyyarələrinin hücumuna məruz qalıb.
Rusiya Müdafiə Nazirliyi həmçinin bildirib ki, Silahlı Qüvvələr aviasiyadan istifadə edərək meşə zolaqlarında Ukrayna qüvvəıərinə zərbələr endirib.