Avropa Komissiyası (AK) yaxın həftələrdə Rusiyanın mayeləşdirilmiş təbii qazının (LNG) Avropa İttifaqı (Aİ) ölkələrinə idxalını tamamilə dayandırmaq üçün təkliflər təqdim edəcək.
Bunu AK-nin rəsmi nümayəndəsi Anna-Kaysa İtkonen bildirib.
“Biz bununla bağlı yol xəritəsini təqdim edəcəyik”, – o, AK-nin brifinqində söyləyib.
Avropalı rəsminin sözlərinə görə, Aİ-də istehlak edilən qazın 13 %-i Rusiya mənşəlidir.