İranda Güney Azərbaycanda – Qərbi Azərbaycan (mərkəzi Urmiya), Şərqi Azərbaycan (Təbriz), Ərdəbil, Zəncan, Qəzvin əyalətlərində fevralın 21-i və 22-də havanın temperaturu mənfi 8 dərəcədən mənfi 15 dərəcəyədək enəcək.
Bununla bağlı olaraq İranın Meteoroloji İdarəsi qırmızı səviyyə elan edib.
Məlumata görə, Kermanşah, Loristan, Elbrus, Zaqors, Gilan və Mazandaranda da havanın temperaturu mənfi 15-dən aşağı düşəcək. Ölkənin böyük bir hissəsində gələn həftənin ortalarınadək temperaturun enməsi davam edəcək.
Hava şəraiti ilə əlaqədar hökumət üzvləri toplantı keçirib.