Yer kürəsində maqnit qasırğası gözlənilir

0
11

Yer kürəsində dekabrın 24-də günəş plazma buludunun yaratdığı, M sinifli partlayışa aid olan maqnit qasırğası gözlənilir.

Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası və Rusiya Elmlər Akademiyasının Sibir bölməsinin Günəş-Yer Fizikası İnstitutunun saytında məlumat verilib.

İlkin məlumatlara görə, maqnit qasırğası beş göstəricidən ibarət monitorinq şkalası üzrə G2 kimi qiymətləndirilir ki, burada G5 “Son dərəcə güclü”, G1 isə “Zəif”dir.