Yuxusuzluq üçün tövsiyə edilən möcüzəvi bitki: bu xəstəlikləri də sağaldır

0
9

Bir çox insan yay və qış axşamlarında yuxu problemi yaşayır. Romalı həkim Qalenin tövsiyə etdiyi bitki həm yuxusuzluq problemini həll edir, həm də stressi azaldır.

Yuxusuzluq təkcə günümüzün deyil, qədim zamanların da problemi olub. Qədim Romanın mühüm həkimlərindən biri olan Qalen yuxusuzluq üçün valerianı tövsiyə edib.

Ağ çiçəkli bitki olan valerian ənənəvi tibbdə bir çox xəstəliklərin müalicəsində istifadə edilir. Valerian dünyanın bir çox yerində böyüyür. İnsanlar qədim Yunan və Roma dövründən bu bitkidən təbii dərman kimi istifadə ediblər.

Valerianın faydaları:

– Stresi azaldır
– Narahatlığı aradan qaldırır
– Yuxusuzluq problemini həll edir
– Narahatlığın müalicəsində təsirlidir

Valerianın əlavə təsirləri

-Baş ağrısı
-Zəiflik
-Baş gicəllənmə
-İshal və mədə ağrısı kimi mədə problemləri

Həkim tərəfindən tövsiyə edilmədikdə istifadə edilməməlidir. Xüsusilə hamiləlik və ya ana südü zamanı valerian qəbul edilməməlidir.