Zəlzələ üzrə mütəxəssis Naci Görür Mərmərə bölgəsi üçün yenidən həyəcan təbili çalıb.
N.Görür İstanbulda zəlzələ olacağını ifadə edərək, bu dəfə konkert olaraq rayonun adını çəkib.
O qeyd edib ki, sonuncu zəlzələ Mərmərə Ereğlisi sahillərində baş verib:
“Bu bölgənin şərqində, Kumburqazda zəlzələ gözlənilir. Qərbdə Tekirdağ fayı qırılıb, lakin bu bölgədə zəlzələlər daha çox qaz buraxılması nəticəsində baş verir. Buna görə də təkanlar normaldır”.