NASA Trampın milyonlar vermək istədiyi yerin görüntüsünü paylaşdı – FOTO

0
444

ABŞ Milli Aviasiya və Kosmos İdarəsi (NASA) dünyanın ən böyük adası statusunu daşıyan Qrelandiyadakı buzların əriməsi ilə bağlı son prosesləri gözlər önünə sərib.

Peyk fotoları ilə adadakı son 50 ildə baş verən dəyişikliklər müqayisəli şəkildə dərc edilib.

Qlobal istiləşmə ilə birlikdə buzlaqların əriməsi dəniz səviyyəsində ciddi artıma səbəb olur. Buna görə də əskər qismi buzlaqlardan ibarət olan adanın əriməsi dünya miqyasında təşviş yaradır.

Penn Steyt Universitetinin işçilərindən olan Andrea Eliz Messer tərəfindən yayımlanan məqaləyə görə, Qrelandiya buzlaqlarının əriməsi qlobal istiləşmədən daha sürətlidir. Bölgə qlobal istiləşmədən 50% daha çox təsirlənir.

Mütəxəssislər isə qeyd edir ki, buzlaqlar əridikdən sonra bölgədə mədənçilik fəaliyyəti daha asan aparlacaq. ABŞ mediasının xəbərinə görə, Danimarkadan asılı olan adada bol miqdarda neft, sink, qurğuşun, dəmir, hətta qızıl və almaz kimi kimyəvi maddələr var. Buna görə də Qrelandiya strateji əhəmiyyətə malikdir. Bölgədə hərbi bazası olan ABŞ Çinin buradakı nüfuzunu artırmağa çalışmasından narahatdır. 2 milyon 166 min km sahəsi olan adada 56 min insan yaşayır.

ABŞ prezidenti Donald Tramp ada ilə yaxından maraqlanır. O, idarəetməsi Danimarkaya aid olan adanın Amerikaya birləşdirilməsi üçün tez-tez köməkçiləri ilə müzakirələr aparır.