Rusiyada yayımlanan hicablı reklam ölkəni ayağa qaldırdı – FOTO

0
584

Rusiyada populyar geyim markalarından birinin reklam çarxında hicablı qıza yer verilməsi ölkədə böyük əks-səda doğurub. Ölkə tarixində ilk dəfə hicablı bir modelin reklamlara çəkilməsini bəzi Ruslar ağır bir dillə tənqid edib.
Rusiyanın ən məşhur geyim markalarından biri payız modası üçün ön reklam dərc edib. Yeni mövsümün dəbinə dair məlumatların olduğu reklam bir çox modelin arasında hicablı bir model də yer alıb. Sözügedən reklam əvvəl markanın sosial media hesablarında, sonra da mətbuat və KİV orqanlarında dərc olunub.
Reklamın yayımlanmasından sonra bütün Rusiya demək olar ki, bu reklamı müzakirə etməyə başlayıb. Reklamın səs-küyə səbəb olmasının səbəbi yeni mövsüm dəbinə dair məlumatlar deyil, reklamda iştirak edən hicablı modelin yer alması olub.
Rusiyanın ənənələrinə zidd olduğu və bu səbəblə də hicablı modelin reklamlarda olmamasını dilə gətirən bir çox rus reklamın dərhal yığışdırılmasını tələb edib. Bəziləri isə reklama görə markanı tənqid edərək sosial media hesablarında markanın izlənməməsi üçün kampaniyaya başladıb.
Markanın yaradıcısı Vladimir Melnikov baş verən mübahisələrdən sonra ictimaiyyəti maarifləndirmək məqsədilə bəyanat verib. Rusiyada 30 milyona yaxın müsəlmanın yaşadığına diqqət çəkən Melnikov, Rusiyada bir çox dindən və irqdən olan insanların yaşadığına söyləyərək “Rusiya çoxmillətli bir ölkədir. Hicablı bir modelin reklamda çəkilməsinin əsas səbəbi markamız olaraq bütün təbəqələrə xidmət etdiyimizi göstərməkdir” ifadələrindən istifadə edib.