Rusiyanın Şeremetyevo hava limanında “Aeroflot” və “Royal Flight” aviaşirkətlərinə məxsus təyyarələr toqquşub.
Pekinə uçan təyyarə enmə zolağındakı laynerin qanadına çırpılıb. İnsident nəticəsində “Aeroflot”un sərnişinləri göyərtədən endirilib, xəsarət alanın olmadığı bildirilir. Hazırda faktla bağlı araşdırma aparılır.
Şirkət sərnişinlərə əlavə layner göndərəcəyini bildirib.