BMT-dən dünyanı şoka salan açıqlama: Bu ölkənin hava limanında 20 min meyit var

0
36

BMT-nin Məcburi İtkinlər Komitəsinin eksperti Karmen Rosa Villa Kolumbiyaya səfəri zamanı paytaxt Boqotadakı hava limanının anqarında təxminən 20 min naməlum meyitin gizlədildiyini iddia edib.

O, meyitlərin şəxsiyyətlərini müəyyən etmək mümkün olmadığı üçün mühafizə olunduğunu və hələ də dəfn edilmədiyini bildirib:

“Gərəkli məhkəmə-tibbi araşdırmaları aparacaq təhsilli mütəxəssislər yoxdur. Tapılan meyitləri və qalıqları qoruyub saxlayacaq yer də yoxdur”.

Kolumbiya Hüquq, Tibb və Məhkəmə Elmləri İnstitutu sözügedən iddiaları rədd edərək, anqarın varlığından xəbərsiz olduqlarını bildiriblər.

Meyitlərin Kolumbiyadakı qarşıdurmalarda həyatını itirən və ya illərdir itkin düşmüş insanlarla əlaqəsi olub-olmaması ilə bağlı isə heç bir açıqlama verilməyib.