Məhkumları sevindirəcək XƏBƏR: Güzəşt olunacaq

0
44

İnsan hüquqları sahəsində hər zaman təkmilləşmələrin aparılmasına ehtiyac var.

Bunu Hüquq və İnsan Haqları İnstitutunda keçirilən “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanuna dair hazırlanmış elmi-praktiki kommentariya layihəsinin müzakirəsi üçün dəyirmi masada İnstitutun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə deyib.

O bildirib ki, 3 ay inzibati qaydada həbs olunan şəxslərlə bağlı layihədə təklifləri var: “Eyni zamanda ekstradisiya qaydasında həbs olunanların hüquq və vəzifələri, həmçinin yaxın qohumlarının dəfn mərasimində məhkumların iştirakı məsələsi mövcud qanunda əksini tapmayıb. Bir təklif isə uşaqlarla bağlıdır. Qadın həbsxanalarında 3 yaşına qədər uşaqlar anası ilə birgə qalır. Onların kənarda olan qohumunun, nənə və babasının yanında qalması məsələsi qanunda tənzimlənməyib. Bu məsələlərin həll edilməsi ilə bağlı təkliflər hazırladığımız komentariyada əksini tapıb”.