Türkiyənin “Oruç Reis” seysmik tədqiqat gəmisi Somali sahillərində neft və qaz kəşfiyyatına başlayıb.
Bunu Prezident Rəcəb Tayyip Ərdoğan İstanbulda keçirilən I Enerji Forumunda açıqlayıb.
Onun sözlərinə görə, gəmi üç sahədə fəaliyyətə başlayıb. Tədqiqatların aparılacağı sahələrin ümumi ərazisi təxminən 5 min kvadrat kilometrdir.
Xatırladaq ki, Türkiyə və Somali bu ilin mart ayında neft və qaz ehtiyatlarının öyrənilməsi sahəsində əməkdaşlıq haqqında memorandum imzalayıb.