İran Xəzərdə hərbi təlimə başlayıb

0
618

Bu gün İran Xəzər dənizində “Davamlı təhlükəsizlik-98” hərbi təliminə başlayıb.

Təlimlər 4 gün davam edəcək.

Təlimdə İran Hərbi Dəniz Qüvvələrinin gəmiləri və bölmələri iştirak edir. Təlim müddətində şərti düşmənin yerüstü, dəniz və hava hədəflərinin məhv edilməsini nəzərdə tutan əməliyyatlar icra olunacaq.