Polşanın Britaniya və Fransa ilə blok yaratmaq planı: Moskvanın ümidi kimədir?

0
21

ABŞ-ın yeni seçilmiş prezidenti öz vədlərinə və inanclarına sadiq qalarsa, Donald Trampın Ukraynadakı münaqişənin həlli istiqamətindəki səylərinə mane olmaq üçün Polşanın Britaniya və Fransa ilə blok yaratmaq planları çətin ki uğur qazansın.

Bu barədə Rusiya Federasiya Şurasının informasiya siyasəti və media ilə qarşılıqlı əlaqə komissiyasının rəhbəri Aleksey Puşkov bildirib.

“Hər şey Trampın qətiyyətindən asılıdır. O, həm Orbanın, həm də Mask vədlərinə və əqidəsinə sadiq qalarsa, nə Polşa, nə də Britaniya onun bu yolla getməsinə mane ola bilməyəcək”, – Puşkov qeyd edib.

Parlamentarinin sözlərinə görə, bir sıra Avropa liderləri ABŞ daxilindəki müttəfiqlərindən xahiş edirlər ki, Trampı Ukraynadakı vəziyyətə inandırmağa kömək etsinlər.