Gürcüstanın siyasi böhrandan çıxması üçün şərt: Prezident açıqladı

0
24

Gürcüstan prezidenti Salome Zurabişvili ölkədə yeni parlament seçkilərinin keçirilməsinin siyasi böhrandan çıxış yolu olacağını bildirib.

Zurabişvili bu barədə səkkiz Avropa ölkəsi parlamentlərinin xarici əlaqələr komitələrinin sədrləri ilə görüşündə deyib.

“Böhran göz qabağındadır və dostlarımız Gürcüstanı bu böhrandan çıxarmağın yollarını tapmaq üçün buradadırlar (…) Biz vaxtı gələndə yeni seçkilərə qayıdacağıq”, – Zurabişvili deyib.

Nümayəndə heyətinin iştirakçıları arasında Fransa, Litva, Latviya, Estoniya, Polşa, Almaniya, Finlandiya və İsveçdən olan qanunvericilər də var. Prezident Gürcüstanın yolunu sabitlik, demokratiya və Avropa yolu adlandırıb.

Bundan əvvəl Zurabişvili mümkün seçki saxtakarlığı ilə bağlı Baş Prokurorluğa getməkdən imtina edib. O, bu barədə brifinq zamanı bildirib və “seçki pozuntularının görüntülərini” də nümayiş etdirib.