İnsanabənzər robotun çəkdiyi ilk rəsm əsəri şok qiymətə satıldı

0
10

Britaniyalı riyaziyyatçı Alan Turinqin portreti Nyu-Yorkda keçirilən satışda insanabənzər robot tərəfindən yaradılmış ilk sənət əsəri kimi 1,32 milyon dollara hərraca çıxarılıb.

“A.I. God. Portrait of Alan Turing” adlı 2,2 metr hündürlüyündə olan portret dünyanın ilk ultra-real robot rəssamı “Ai-Da” tərəfindən hazırlanıb.

Əsər “Sotheby’s” hərrac evində 120-180 min ABŞ dolları arasında ilkin hesablamalardan xeyli yüksək qiymətə satılıb.

Hərrac evindən verilən məlumata görə, portret üçün 27 təklif edilib. “Ai-Da” iki il ərzində proqramçılar, rəssamlar və psixoloqlar qrupu tərəfindən hazırlanıb və süni intellekt texnologiyası inkişaf etdikcə yenilənməyə davam edir.

Portretdə nümayiş olunan Alan Turinq nasist Almaniyasına qarşı müharibədə əsas rol oynayan və 1950-ci illərdə süni intellektin istifadəsini şübhə altına alan riyaziyyatçı və kompüter alimi olub.