Komandası qalib gələn məşqçi sevinərkən öldü

0
442

Həkimlər ona kömək etməyə çalışsalar da, həyatını qurtarmaq mümkün olmayıb

 İngiltərənin “Sliford Reyncers” futbol klubunun baş məşqçisi Cim Peysi komandasının qələbəsinə sevinərkən ölüb.

“Reyncers”in futbolçuları regional liqada “Briqq Taun”u mə]lub edərək rəsmi oyunlarda ilk qələbələrini qazanıblar. 50 yaşlı mütəxəssis qələbəni komanda ilə birgə qeyd etmək üçün sahəyə qaçıb. Ancaq qəfil huşunu itirərək yıxılıb.

Həkimlər ona kömək etməyə çalışsalar da, həyatını qurtarmaq mümkün olmayıb.

​”Bizim içimizdə bir boşluq yaranıb. Peysinin əzizlərinə başsağlığı və sevgilərimizi çatdırır, mərhumun ailəsini narahat etməməyinizi xahiş edirik”, – “Sliford Reyncers”in sosial şəbəkələrdə yaydığı bəyanatda deyilir.

Peysi klubun yaradıcısı və əfsanəsi sayılır. O, həm böyüklərin, həm də kiçiklərin komandası ilə məşğul imiş.