Havanın temperaturu ötən günlərlə müqayisədə nisbətən aşağı enəcək, Aran rayonlarında 32-37, dağlıq rayonlarda 21-26 dərəcə isti olacağı gözlənilir.
Həftənin son günlərində isə hava şəraitinin qeyri-sabit keçəcəyi, avqustun 30-da ölkə ərazisində şimşək çaxacağı, arabir yağış yağacağı, avqustun 31-i, sentyabrın 1-də bəzi yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Havanın temperaturu tədricən aşağı enəcək. Aran rayonlarında 25-30, dağlıq rayonlarda 15-20 dərəcə isti olacaq. Şərq küləyi üstünlük təşkil edəcək, ayrı-ayrı günlərdə arabir 20-25 m/s-dək güclənəcək.
Bakıda və Abşeron yarımadasında avqustun 28-29-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər saatlarında bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Havanın maksimal temperaturu 29-33 dərəcə isti təşkil edəcək. Həftənin son günlərində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində yağışın intensiv olacağı ehtimalı var. Şimal küləyi üstünlük təşkil edəcək, arabir 18-23 m/s-dək güclənəcək. Hava nisbətən sərin olacaq, maksimal temperatur 23-25 dərəcə isti təşkil edəcək.