Rusiya ilə Almaniya arasında tank gərginliyi: Medvedev hədələdi

0
56

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Berlində Federal Məclisin qarşısındakı meydana ən yaxşı rus tanklarını göndərməklə hədələyib.

Medvedev “Bild” qəzetində alman tanklarının Rusiya ərazisinə qayıtması ilə bağlı yazılan məqaləyə sərt cavab verib.

O, belə deyib:

“Almaniyanın “Bild” qəzeti revanşist məqalə dərc edib və orada alman tanklarının Rusiya ərazisinə qaytarıldığını qürurla elan edib. Buna cavab olaraq, ən yeni rus tanklarının Berlindəki meydana gətirilməsi üçün hər şeyi edəcəyik”.