Zelenski danışıqdan imtina etsə… – ABŞ-dan QORXULU PROQNOZ

0
78

Ukrayna lideri Vladimir Zelenskinin ABŞ-ın keçmiş prezidenti Donald Trampın Ukrayna böhranının həlli planını qəbul etməməsi Vaşinqtonun Kiyevə hərbi və maliyyə yardımının dayandırılmasına səbəb olacaq.

Bu barədə “National Interest” nəşri yazır.

“Əgər Zelenski Putinlə əlaqə saxlamaqdan imtina edərsə, bu, Trampın Ukraynaya hər hansı yardım göstərməkdən imtina etməsi üçün yaxşı səbəb olacaq”, – nəşr yazıb.

Qeyd olunur ki, Rusiya Federasiyası ilə Ukrayna arasında potensial danışıqlar “daha ​​geniş NATO-Rusiya danışıqlarına” keçə bilər, burada adi və nüvə silahlarına nəzarət tədbirlərinə başlanılacaq.

Bundan əvvəl almaniyalı deputat Amira Mohamed Ali bəyan etmişdi ki, Trampın Ukrayna münaqişəsini bir gün ərzində həll etmək planı real deyil.

Xatırladaq ki, Tramp Rusiya ilə Ukrayna arasındakı münaqişəni cəmi 24 saat ərzində həll etmək niyyətində olduğunu dəfələrlə bəyan edib. 2023-cü ilin iyulunda o, planının təfərrüatlarını açıqladı. Tramp Rusiya prezidenti Vladimir Putinlə yaxşı münasibətdə olduğunu bildirib. Amerikalı siyasətçi bu münaqişənin həlli üçün Rusiya dövlətinin başçısına müraciət etməyi təklif edib.