BMT dünyada “ifrat isti epidemiyası” ELAN ETDİ

0
139

“Yer kürəsində milyardlarla insan həddindən artıq isti epidemiyası ilə üz-üzədir”.

Bu barədə BMT-nin baş katibi Antonio Quterreş brifinqdə bildirib .

“Bu, görünməmiş isti bir həftə idi”, – o deyib.

Quterreş xatırladıb ki, Avropa Kopernik İqlim Dəyişikliyi Xidməti ilkin olaraq 21 iyul bazarını tarixdə ən isti gün elan edib:

“Lakin bazar ertəsi, iyulun 22-də civə sütunu daha da yüksəlib. Üstəlik, ertəsi gün, iyulun 23-ü də eyni diapazonda keçib. Bu üç gün bütün müşahidələr tarixində temperatur rekordunu qırdı”.

BMT-nin baş katibi bildirib ki, planet həddindən artıq isti epidemiyası səbəbindən daha ​​isti və hamı üçün daha təhlükəli olur.