Əməkdar həkim çimərlikdə əməl edilməli olan 6 qaydanı AÇIQLADI

0
51

Dənizdə üzmək sağlamlıq üçün çox faydalıdır, immunitet sistemini gücləndirir və istidən təsirlənməyə qoymur.

Ancaq üzməyin fayda gətirməsi və zərər verməməsi üçün bir neçə qaydaya əməl etmək lazımdır.

Rusiya Federasiyasının əməkdar həkimi Viktor Şeyn çimərliklərdə əməl edilməli olan 6 qaydanı açıqlayıb.

“Birincisi, suyu udmamalısınız, çünki tərkibində bədənə daxil olarsa, xəstəliyə səbəb ola biləcək bakteriyalar var.

Əgər uşaqlarla üzürsünüzsə, yaxınlığında drenaj boruları, poliqonlar və ya müəssisələr olmayan yerləri seçin.

İkincisi, tez-tez suya tullanmamalısınız, çünki bu qulaqda şiddətli ağrıya və ya sinüzit ilə müşayiət olunan orta qulaq iltihabına gətirib çıxara bilər”. – deyə həkim bidlirib.

O, üçüncü qaydanı isə belə izah edib:

“Su quşlarının çox olduğu yerdə üzmək pis fikirdir. Bu halda, suda onların parazitlərinin sürfələri ola bilər. Bunlar xüsusən də dəri vasitəsilə bədənə nüfuz edə bilərlər. Bu da “üzgüçü qaşınması” kimi müalicəsi çətin olan bir problemə səbəb olacaq”.

Həkim “Üzmək qadağandır” yazılan işarələrə də məhəl qoymağı məsləhət görüb:

“Çünki belə yerlərdə suyun dibində şüşə və metal parçalar ola bilər. Əlavə olaraq bağırsaq infeksiyasına yoluxma riski var”.

Onun sözlərinə görə, digər vacib qayda budur ki, yeməkdən dərhal sonra üzmək olmaz:

“Bu zaman kramp və ya qusma baş verə bilər. Yeməkdən 1,5-2 saat sonra suya girmək daha yaxşıdır”.

Həkim qeyd edib ki, özünü quma basdırmaq faydalı deyil.

“Qum isti olsa belə, steril deyil. Nəticədə, göbələk də daxil olmaqla, bir sıra dəri xəstəliklərinə tutula bilərsiniz. Yaş və isti qum mikroorqanizmlərin inkişafı üçün əlverişli yerdir. Qumda dəriyə nüfuz edə bilən təhlükəli parazitlər ola bilər. Həmçinin qumda şüşə kimi iti cisimlərin olması ehtimalı da yüksəkdir”, – deyə həkim vurğulayıb.