Süd yolunun mərkəzində şübhəli qara dəlik aşkarlandı

0
59

Beynəlxalq alimlər qrupu qalaktikanın (Süd yolu) mərkəzində yerləşən superkütləli qara dəlik yaxınlığında ulduzlar çoxluğunda ara kütləli qara dəliyin dəlillərini aşkar ediblər.

Bu barədə “The Astrophysical Journal”da dərc olunan məqalədə bildirilir .

Ara kütləli qara dəliklər olduqca nadirdir və kainatda təxminən on belə obyekt aşkar edilib. Alimlər hesab edirlər ki, onlar Böyük Partlayışdan qısa müddət sonra əmələ gəlib.

Tədqiqatçılar başqa bir ulduz çoxluğunda olan IRS 13-dəki ulduzların nizamlı şəkildə hərəkət etdiyini müşahidə edərək, bunu ulduzlar qrupunu sıx və yığcam saxlayan nəhəng bir obyektin olması ilə izah ediblər. IRS 13 klasteri superkütləvi qara dəliyin yerləşdiyi Süd yolunun mərkəzindən cəmi 0,1 işıq ili məsafəsində yerləşir.

VLT, ALMA və Chandra teleskopları ilə müşahidələr göstərir ki, IRS 13-ün yığcam forması çoxluğun mərkəzindəki ara kütləli qara dəliyə görə ola bilər. Bu, şübhəli qara dəliyin ətrafında saniyədə bir neçə yüz kilometr sürətlə fırlanan rentgen şüalarının və ionlaşmış qazın müşahidəsi ilə təsdiqlənir.

Qara dəliyin başqa bir əlaməti ulduz klasterinin qeyri-adi yüksək sıxlığının Süd yolunda məlum olan hər hansı digər klasterin sıxlığını aşmasıdır. Müəlliflər həmçinin qeyd edirlər ki, IRS 13 mərkəzi qara dəliyin SgrA* böyüməsində mühüm rol oynayır.